Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıdakı dünya çempionatının vaxtı məlum oldu
Bakıdakı keçirilməsi planlaşdırılan və koronavirusa görə təxirə salınan aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.
Sportfm.az xəbər verir ki, qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) videokonfrans formatında keçirilən iclasında qəbul edilib.
Aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışları 2021-ci il 21 - 23 may, 16-cı dünya çempionatı isə 27 - 29 mayda keçiriləcək.
Dünya yaş qrupları yarışları 8-10 mayda, dünya çempionatı isə 14-16 mayda Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin, pandemiya ilə əlaqədar digər yarışlar kimi təxirə salınıb.
Oxşar xəbərlər
Bakıda keçirilməli olan dünya kuboku ləğv olundu - Koronavirusa görə
Bakıdakı Dünya Kuboku ləğv edildi - Koronavirusa görə
Dünya çempionatının yeni tarixi məlum oldu
Bakıdakı Avropa Çempionatı ləğv edildi
Bakı dünya çempionatına ev sahibliyi edəcək - ilk dəfə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası