Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dünyanın ən nəhəng stadionu tikilir -Çində
Çinin cənubundakı Quançjou əyalətində ən böyük futbol stadionunun tikintisinə başlanılıb.
Sportfm.az xəbər verir ki, arenanın, təxminən, 100 min azarkeş tutumuna malik olacağı gözlənilir.
Stadionun sahəsi 150 min kvadratmetr, ətrafı ilə birlikdə ümumi sahəsi 300 min kvadratmetr olacaq. İdman kompleksi “Quançjou Everqrand” klubunun sahibi olan “Everqrand Qrup”un olacaq. Şirkət stadiona 12 milyard yuan (təxminən 1.69 milyard ABŞ dolları) xərcləyəcək.
Arenanın 2023-cü il Asiya Kubokuna qədər hazır olacağı gözlənilir. Tikinti 2022-ci ilin sonunda yekunlaşacaq.
Oxşar xəbərlər
Ölkədə ən böyük stadion tikilir
342 milyon avro xərcləyəcəklər - Təmir üçün
Çində qeyri-adi stadion tikilir - VİDEO
42 milyon avroya alınan futbolçu qovuldu
Çinin ən yaxşı futbol məşqçisi: Fabio Kannavaro
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası