Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Türkmənistan çempionatı bərpa olundu
Futbol üzrə Türkmənistan çempionatı bərpa olunub.
Sportfm.az xəbər verir ki, 4-cü turun açılış matçında “Altın-Asır” – “Kopetdağ” görüşü baş tutub.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bu, dünyada koronavirus pandemiyasına görə dayandırılandan sonra bərpa olunan ilk ölkə çempionatıdı. Türkmənistan Futbol Federasiyası martın 24-də bütün yarışları təxirə salmışdı.
Türkmənistanda bu gün gənclərdən ibarət ölkə çempionatında da bir oyun keçirilib.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın əksər ölkələrində yarışlar dayandırılıb. Hazırda Belarus, Tacikistan, Nikaraqua və Tayvanda çempionatlar keçirilir.
Oxşar xəbərlər
"Liverpul" məşqləri bərpa etdi
Daha iki ölkə çempionat tarixlərini açıqladı
Dünyanın 5-ci ölkəsində futbol çempionatı başladı
Çempionat bərpa olunur - Türkmənistanda
Ölkə çempionatının oyunları azarkeşsiz start götürdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası