reklam
Çempionat bərpa olunur -
Sportfm.az xəbər saytı

Çempionat bərpa olunur -Türkmənistanda


Dünyanın əksər ölkəsində futbol çempionatının dayandığı vaxtda Türkmənistanda yerli liqa bərpa olunur.

Sportfm.az xəbər verir ki, ölkənin Futbol Federasiyası milli çempionatın matçlarının aprelin 19-dan davam etdiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Türkmənistanda yeni mövsüm 6 martda başlayıb. Koronavirus pandemiyasına görə isə martın 24-də, 3-cü turdan sonra oyunlar dayandırılıb.

Rəsmi məlumata əsasən, bu ölkədə COVİD-19 virusu aşkar edilməyib. “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı bildirir ki, Türkmənistanda “koronavirus” sözünün işlənməsinə qadağa qoyulub.

Əlavə edək ki, hazırda Belarus, Burundi, Nikaraqua, Tacikistan və Myanmada yerli çempionatlar davam etdirilir.

Oxşar xəbərlər

Gürcüstan çempionatının bərpa tarixi açıqlandı - Azərbaycanlı futbolçu testindən keçəcək
Çempionatın bərpa tarixi bilindi
Daha iki ölkə çempionat tarixlərini açıqladı
Türkmənistan çempionatı bərpa olundu
Dünyanın 5-ci ölkəsində futbol çempionatı başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər