reklam
Şahmatçımız Onlayn Millətlər Kubokunda iştirak edəcək
Sportfm.az xəbər saytı

Şahmatçımız Onlayn Millətlər Kubokunda iştirak edəcək


Beynəlxalq Şahmat Federasiyası (FIDE) və Chess.com saytı yeni turnir təşkil edəcək. 

Sportfm.az xəbər verir ki, yarış Onlayn Millətlər Kuboku adlanır. 5 - 10 mayda keçiriləcək turnirdə 6 komandanın iştirak edəcəyi vurğulanıb. Bunlar Rusiya, ABŞ, Avropa, Çin, Hindistan və dünyanın digər ölkələrini təmsil edən komandadır. 

Hər komandanın heyətində ən azı bir qadın şahmatçı olacaq. 

Komandalar mayın 9-dək iki dövrəlik mübarizə aparacaqlar. Mayın 10-da isə Superfinal olacaq. 

Mükafat fondu 180 000 ABŞ dolları olan yarışa dünyanın ən güclü şahmatçıları qatılacaq. Onların arasında Azərbaycan şahmatçılarından birinin də iştirakı gözlənilir. Həmin şəxs dünya və ya Avropa yığmasının heyətində yer alacaq. Sadəcə müqavilə bağlanmadığından, hələlik həmin qrossmeysterin adı açıqlanmır. 

Komandaların dəqiq tərkibi aprelin 22-də təsdiqlənəcək. 

Oxşar xəbərlər

Şahmatçılarımiz Avropa Kubokunda çıxış edəcək
Günay Məmmədzadə çinli ilə mübarizə aparacaq
Şahmatçımız Karlsen turnirində - İlk dəfə
Teymur Rəcəbov üçün növbəti turnir - Onlayn Millətlər Kuboku
Reytinqləri aşağı olan şahmatçılarımız superturnirdə olmayacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər