Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Telekom" qələbə qazandı
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə start verilib. Sportfm.az saytının məlumatına görə, IV tur bir qarşılaşma ilə başlayıb. Günün yeganə matçında "Azəryol” "Telekom”la üz-üzə gəlib. Qarşılaşmada Zoran Qayiçin yetirmələri favorit olsalar da, "Azəryol” asanlıqla təslim olmayıb.
Eldar Yusubovun yetirmələrinin I dövrədə olduğu kimi, rəqibinə çətin anlar yaşatsa da, yekunda qalib gələ bilməyiblər. İlk iki seti "Telekom" qazanıb. Üçüncü hissədə isə möhtəşəm mübarizə gedib. "Azəryol" rəqibini 31:29 hesabı ilə məğlub edib. 4-cü seti də "yolçəkənlər" qazanaraq qarşılaşmanın taleyinin tay-brekdə həll olunmasına nail olublar. Ancaq onların gücü bundan artığına çatmayıb. Həlledici mərhələdə 15:6 hesabı ilə qalib gələn "rabitəçilər" qələbəni bayram ediblər.
Qeyd edək ki, turun "Lokomotiv” – "Azərreyl” matçı təxirə salınıb. Buna səbəb Vüqar Əliyevin komandasının Naxçıvan Muxtar Respublikası İdman və Gənclər Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda iştirakıdı.
IV tur
19 noyabr
"Azəryol” - "Telekom” - 2:3 (24:26, 13:25, 31:29, 25:18, 6:15)
"Azərreyl” Voleybol Mərkəzi
İlk dövrə: "Telekom” – "Azəryol” - 3:1 (23:25, 25:19, 25:15, 26:24)
Oxşar xəbərlər
“Azərreyl” qızıl medallara bir addım da yaxınlaşa bilər
"Azəryol" və "Telekom" qələbə qazandı
"Telekom"dan asan, "Azərreyl"dən çətin qələbə
"Azəryol"dan asan qələbə, "Telekom"dan "comeback"
"Telekom"dan qələbə, "Azərreyl" "Lokomotiv"ə şans vermədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası