reklam
AMADA onlayn təhsil proqramına start verdi
Sportfm.az xəbər saytı

AMADA onlayn təhsil proqramına start verdi


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) xüsusi onlayn təhsil və maarifləndirmə proqramı hazırlayıb.

Sportfm.az xəbər verir ki, iki ay davam edəcək proqram antidopinq proqramının müxtəlif istiqamətlərini əhatə etməklə yanaşı, COVID-19 pandemiyası dövründə idmançıları ən çox narahat edən suallara interaktiv formada cavab vermək imkanı yaradacaq. Proqram vebinar, sual-cavab oyunları və müxtəlif mövzular ətrafında müzakirələr formatında keçiriləcək.

“COVID-19 və antidopinq fəaliyyəti” mövzusunda keçirilən vebinarla start götürən proqram iyunun sonunadək davam edəcək. İdmançılar, məşqçi heyəti və adi istifadəçilər üçün açıq keçirilən birinci vebinar zamanı COVID-19 dövründə dopinq testlər, idmançıların məkan məlumatları, terapevtik istifadə üçün istisnalar (Tİİ) və digər mövzular müzakirə olunub.

Növbəti günlərdə AMADA tərəfindən təqdim olunacaq vebinarlarda idmançıların hüquq və öhdəlikləri, qida əlavələrinin yaratdığı risklər, qadağan edilmiş maddələr və üsulların siyahısı müzakirə olunacaq.

Qeyd edək ki, vebinarlar barədə AMADA-nın “Facebook” və “Instagram” səhifələrində əvvəlcədən elan yerləşdiriləcək. Bütün vebinarlar Azərbaycan dilində “Microsoft Teams” platforması üzərindən keçiriləcək.

Oxşar xəbərlər

AMADA regionlarda silsilə antidopinq maarifləndirmə tədbirləri keçirir
"Amada" seminar keçirdi - Nazirliklə
AMADA idmançılar üçün seminar keçirdi
AMADA üç vebinar təşkil edəcək
İdman jurnalistləri "Dopinqlə mübarizə"ni öyrəndi - Vebinar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər