reklam
Sportfm.az xəbər saytı

"Neftçi"ni cəza gözləyirmi? -PFL rəsmisi açıqladı


"Baxdım, qısa bir videodur və orada nəsə müəyyən etmək mümkün deyil".

Sportfm.az xəbər verir ki, bu sözləri açıqlamasında Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev deyib.

O, xüsusi rejimli karantinin davam etdiyi bugünlərdə "Neftçi"nin əsas komandasının məşqə çıxması faktına münasibət bildirib.

İlk dəfə saytımızın yaydığı video araşdırma aparılması üçün ciddi əsas versədə, ölkə çempionatını təşkil edən qurumun press-ateşesi qarşı tərəfə cəza verməyin mümkün olmadığını söyləyib:

"Hətta nəsə müəyyənləşdirmək olsa belə, Peşəkar Futbol Liqası bununla bağlı "Neftçi"yə hansısa qadağa qoya bilməz. Maksimum tövisyə edə bilərik ki, karantin dövründə məşq etməyin.

"Neftçi" də PFL kimi bir təşkilatdır. PFL-in onlara hansısa qadağa qoymaq, cəza vermək ixtiyarı yoxdur. Hər hansısa cəza metodu da yoxdur ki, PFL kluba tətbiq etsin".(sportinfo.az)

Oxşar xəbərlər

"Araşdırın görün, mən orada işləyirəm, ya yox, ondan sonra cəza verin" - Ramal Hüseynov
"Sabah" klubu bizə müraciət etməyib" - AÇIQLAMA
"Neftçi" ağır cəza ilə bağlı apellyasiya şikayəti verəcək? - Klub rəsmisi açıqladı
"Qəbələ"dən başqa heç bir klub məşq edə bilməz
Premyer Liqamızla bağlı yenilik - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər