Blatterə qarşı araşdırma davam edəcək
FIFA qurumun sabiq prezidenti Yozef Blatterə qarşı araşdırmanın dayandırılmaması xahişi ilə İsveçrə prokurorluğuna müraciət edib.
Sportfm.az xəbər verir ki, ali futbol qurumu günahkarların cəzalandırılması üçün hüquqi baxımdan bütün lazımi işləri görəcəyini bildirib.
Ötən ay "Associated Press" İsveçrə prokurorluğunun Blatterə qarşı iki işdən birini bağlamaq niyyətində olduğunu yazıb. Bu, 2010 və 2014-cü il dünya çempionatlarının teleyayım hüququnun satışına dair Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Federasiyası ilə sözləşmədə mümkün fırıldaqçılıqla bağlı iş olub. Aprelin 29-da agentlik İsveçrə hüquq-mühafizə orqanlarının hesabatlarından çıxarış edərək, müqavilə imzalanarkən Blatterin təşkilati maraqlara zidd hərəkət etdiyini göstərib.
Qeyd edək ki, FIFA tarixində ən böyük qalmaqal 2015-ci il mayın sonlarında baş qaldırıb.
Oxşar xəbərlər
FIFA-nın keçmiş prezidentinə cinayət işi açıldı - Qanunu pozub
FİFA prezidenti istintaq müddətində vəzifəsini icra edəcək
Blatter FIFA prezidentini məhkəməyə verəcək
FİFA-nın üç məmuru futboldan ömürlük uzaqlaşdırıldı
Zepp Blatterə qarşı təcavüz suçlaması - ŞOK
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası