reklam
Blatter FIFA prezidentini məhkəməyə verəcək
Sportfm.az xəbər saytı

Blatter FIFA prezidentini məhkəməyə verəcək


FIFA-nın sabiq prezidenti Yozef Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonu məhkəməyə verəcək.

Sportfm.az xəbər verir ki, 83 yaşlı isveçrəli keçmiş funksioner bu barədə “France Press”ə bildirib.

Blatter 2014-cü il dünya çempionatından sonra 10,6 milyon avro bonus alması ilə bağlı FIFA tərəfindən yayılan məlumatdan şikayətçidir. O, həqiqəti əks etdirməyən məlumat dərc olunduğu üçün mənəvi təzminat almaq fikrindədir.

İyunun 5-də FIFA-nın Konqressində qurumun prezidenti postuna seçki olacaq. Bu vəzifəyə yeganə namizəd İnfantinodur.

Qeyd edək ki, Yozef Blatter 1998 - 2015-ci illərdə FİFA prezidenti olub. O, 2015-ci ildə qurumun Etika Komitəsinin qərarı ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Blatterə 8 il ərzində futbola aid hər bir məşğuliyyət qadağan edilib. Sonradan bu cəza 6 ilə endirilib.

Oxşar xəbərlər

FİFA-nın sabiq prezidentinə ağır cəza - 6 il 8 ay
Yozef Blatter koronavirusdan sağaldı
FİFA-nın keçmiş prezidenti barəsində araşdırma başladı
Blatter Canni İnfantinonu tənqid etdi - "Futbolu nəhəng pul maşınına çevirmək istəyir"
Putin sabiq FİFA prezidentini mundiala dəvət etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər