SPORTFM.AZ
reklam
Teymur Rəcəbov çinlilərə qarşı
Sportfm.az xəbər saytı

Teymur Rəcəbov çinlilərə qarşı


Şahmat üzrə Onlayn Millətlər Kubokunun püşkatma mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, onlayn turnirin ilk turunda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun yer aldığı dünya yığması birinci mərhələdə Çin komandası ilə qarşılaşacaq.

FIDE prezidenti Arkadi Dvorkoviçin kapitan olduğu komandada Rəcəbovla yanaşı, iranlı Alireza Firuzca, misirli Bassem Amin və ukraynalı Mariya Muzıçuk da yer alıb. Ehtiyat heyətə isə perulu Xorxe Kori və qazaxıstanlı Dinara Saduakasova daxil edilib.

Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçiriləcək və 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ 5 - 9 mayda gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da super finalda üz-üzə gələcək.

Oxşar xəbərlər

Teymur Rəcəbovun komandası sonuncudur - Çin Millətlər Kubokunun qalibi oldu
Teymur Rəcəbov bu dəfə sülhə razılıq verdi
Teymur Rəcəbov FIDE ilə barışdı - İddiaçılar Turniri ilə bağlı
Teymur Rəcəbov üçün növbəti turnir - Onlayn Millətlər Kuboku
Şahmatçımız Onlayn Millətlər Kubokunda iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər