reklam
Bakıya gəlməyənlərin pulları qaytarılır -
Sportfm.az xəbər saytı

Bakıya gəlməyənlərin pulları qaytarılır -UEFA açıqladı


Azarkeşlər mayın 5-dən etibarən futbol üzrə 2020-ci il Avropa çempionatının oyunlarına alınan biletlərin pullarını geri qaytara bilərlər.

Sportfm.az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Müvafiq proseduru UEFA-nın rəsmi portalı vasitəsi ilə həyata keçirmək olar. Həmçinin əvvəllər əldə olunan biletlər 2021-ci ildə keçirilməsi planlaşdırılan turnirin oyunlarında da istifadə edilə bilər.

Qeyd edək ki, 2020-ci il futbol üzrə Avropa çempionatının oyunlarının iyunun 12-dən iyulun 12-dək keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası səbəbindən turnir 2021-ci ilin yayına keçirilib.

Çempionat 12 şəhərdə, o cümlədən Bakıda keçirilməlidir.

Oxşar xəbərlər

Avropa çempionatı 2021-ci ilə təxirə salındı
Yarışlara bilet almış azarkeşlər pullarını geri alacaq
AVRO-2020-yə ev sahiblik edəcək şəhərlərlə bağlı açıqlama
AFFA Avropa Çempionatı ilə bağlı razılıq verdi
Dünya çempionatının yeni tarixi məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər