"Beşiktaş"ın prezidentindən bəd xəbər -Virusa yoluxdu
Türkiyənin “Beşiktaş” klubunda koronavirus şoku yaşanır.
Sportfm.az xəbər verir ki, daha öncə İstanbul təmsilçisində 8 nəfərdə koronavirus aşkarlandığı açıqlanmışdı.
Klubun yaydığı son açıqlamada isə “ağ-qaralar”ın prezidenti Ahmet Nur Çebidə də koronavirus aşkarlandığı diqqətə çatdırılıb:
“Klub prezidenti Ahmet Nur Çebidən mayın 13-də BJK Nevzat Demir bazasında götürülən koronavirus testinin nəticəsi pozitiv çıxıb. Prezidentimizin ən qısa müddətdə sağalması üçün müalicəsinə başlanıb”.
Qeyd edək ki, “Beşiktaş”da daha öncə test nəticəsi müsbət çıxanlardan birinin futbolçu, ikisinin məşqçi, digərlərinin isə bazada çalışan şəxslər olduğu iddia olunur. Təlim-məşq bazası son iki həftədə istifadə olunduğundan, fəaliyyəti tamamilə dayandırılıb. Tezliklə bütün baza dezinfeksiya olunacaq. Yaranmış vəziyyətlə əlaqədar komandanın məşqləri də dayandırılıb.
Oxşar xəbərlər
7 nəfər klub üzvündə koronavirus aşkarlandı
Türkiyə klubunun beş futbolçusunda koronavirus aşkarlandı
“Beşiktaş”da testin nəticələri məlum oldu
Koronavirus daha bir İstanbul klubunu "vurdu" - "Fənərbaxça"da şok yaşanır
Məşhur klubda 6 nəfərin testi positiv çıxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası