AVRO-2020-nin yayım hüququ dövlət büdcəsi hesabına alındı
Tokio-2020 Yay Olimpiya Oyunları və AVRO-2020-nin yayım hüququ Azərbaycanın dövlət büdcəsi hesabına əldə olunub.
Sportfm.az xəbər verir ki, bu barədə 2019-cu il dövlət büdcəsinin icrası haqqında hesabatda bildirilir. Sənəddə qeyd olunur ki, Avropa çempionatının bütün oyunlarının, o cümlədən Bakıda keçiriləcək 4 matçın və Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarının yayımlanması ilə bağlı əldə olunmuş yayım lisenziya hüququna görə tələb olunan zəruri xərclərin ödənilməsi təmin edilib. Lakin konkret məbləğ göstərilməyib.
Qeyd edək ki, AVRO-2020-nin yayım hüququnu AzTV və İTV, Tokio-2020-nin yayım hüququnu isə yalnız AzTV əldə edib. Hər iki nüfuzlu yarış koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.
Oxşar xəbərlər
Türkiyə çempionatı ən bahalı liqalar sırasında - SİYAHI
Çempionlar Liqasının yayım hüququ "CBC Sport"a qismət oldu - 2024-cü ilədək
Tokio-2020 xərcləri açıqlandı - 15,4 milyard
Tokio olimpiadasının proqramı təsdiqləndi
Ölkə çempionatının yayım hüququ 10 kanala satıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası