Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Çempionlar Liqasının yayım hüququ "CBC Sport"a qismət oldu -2024-cü ilədək
Növbəti 3 mövsüm ərzində UEFA bayrağı altında keçiriləcək klub yarışlarını Azərbaycanda yayımlayacaq telekanal müəyyənləşib.
Sportfm.az xəbər verir ki, "CBC Sport" 2024-cü ilədək avrokubokların yayım hüququna yiyələnib.
Futbolsevərlər qarşıdakı illərdə də Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və UEFA Super Kubokunu bu kanalda izləyəcəklər.
Bu il keçiriləcək Avropa çempionatının yayım hüququ isə İctimai TV ilə AzTV-yə (İdman TV) məxsusdur. Hər iki televiziya AVRO-2020-nin oyunlarını ortaq yayımlayacaqlar.
2022-ci ildə Qətərdə gerçəkləşəcək dünya çempionatının yayım hüququ isə İctimai TV-dədir.
Qeyd edək ki, "CBC Sport" 2018-ci ildən avrokubokların yayımlayır.
Oxşar xəbərlər
Türkiyə çempionatı ən bahalı liqalar sırasında - SİYAHI
İTV-dən açıqlama - Qrup mərhələsinin son oyunları CBC-də yayımlanacaq
AVRO-2020-nin yayım hüququ dövlət büdcəsi hesabına alındı
Dünya və Avropa çempionatının oyunları CBC SPORT-da
"CBC Sport"da yeni mövsümün sürprizləri: Telekanal 4K sisteminə keçir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası