reklam
Sportfm.az xəbər saytı

"Avro-2020" 9 şəhərdə keçiriləcək -AÇIQLAMA


2021-ci ildə keçiriləcək  Avropa çempionatının oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi 12 yox, daha az şəhərdə ola bilər.
Sportfm.az xəbər verir ki, bunu UEFA-nın prezidenti Aleksandr Çeferin “beİN Sporta”a açıqlamasında deyib.
O, hələ ki, 9 şəhərin çempionata hazır olduğunu bildirib: "Prinsipcə bizim ideya çempionatı elə həmin 12 şəhərlərdə keçirməkdən ibarətdir. Hazırda apardığımız danışıqlara əsasən, 9 şəhərlə bağlı hər şey yerindədir, 3 şəhərin isə problemləri var".
UEFA-ya təsdiq göndərməyən şəhərlər Roma, Bilbao və Kopenhagendir. Bakı isə çempionata hazır olması ilə bağlı qitə qurumuna təsdiq göndərib.
Xatırladaq ki, UEFA qitə çempionatının koronavirus səbəbiylə 2020-ci ildən 2021-ci ilə qədər keçirilməsi barədə mart ayında qərar verib. 

 

Oxşar xəbərlər

AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərlə bağlı açıqlama
Daha bir ölkə zəmanət verdi - AVRO-2020 ilə bağlı
AVRO-2020-yə ev sahiblik edəcək şəhərlərlə bağlı açıqlama
AFFA UEFA-ya təsdiq göndərdi - AVRO-2020 ilə bağlı
Avropa Çempionatı Bakıda keçirilməyə bilər - Şəhərlər azalır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər