reklam
AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərlə bağlı açıqlama
Sportfm.az xəbər saytı

AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərlə bağlı açıqlama


"UEFA İcraiyyə Komitəsinin iyunun 17-dəki iclasında bütün məsələlərə aydınlıq gələcək. 2-3 şəhərlə bağlı suallar var".

Sportfm.az xəbər verir ki, bunu "Match TV"yə açıqlamasında UEFA İcraiyyə Komitəsinin üzvü Aleksey Sorokin turnirə ev sahibliyi edəcək şəhərlər barədə danışarkən deyib.

Qurum rəsmisi bildirib ki, UEFA təşkilatçı şəhərlərin dəyişməyəcəyinə ümid edir: "İnanırıq ki, 12 şəhərin hamısı Avropa çempionatının oyunlarını qəbul edəcək. Hər şeyi müəyyənləşdirmək lazımdır. Artıq başqa variant yoxdur".

Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilin yayına təxirə salınan Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. Azərbaycan tərəfi UEFA-ya AVRO-2020-nin təşkil edəcəyinə dair dövlət təminatı verib.

 

Oxşar xəbərlər

8 şəhər UEFA-ya təminat verdi - AVRO-2020
Daha bir ölkə zəmanət verdi - AVRO-2020 ilə bağlı
Rumıniya da hazırdı - RƏSMİ
Azərbaycan zəmanət verdi - AVRO-2020 ilə bağlı
AVRO-2020 üçün 24 zəmanət məktubu göndərildi - Rumiya Futbol Federiyası tərəfindən

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər