Çempionatın bərpa tarixi bilindi
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış Sloveniya çempionatının nə vaxt bərpa olunacağı rəsmən bəlli olub.
Sportfm.az xəbər verir ki, yerli federasiyanın rəsmi saytı mili çempionatın iyunun 5-də qaldığı yerdən davam etdiriləcəyini açıqlayıb.
Oyunlar azarkeşsiz keçiriləcək. Bundan başqa, futbolçular, məşqçilər və matçlar zamanı çalışan digər bütün şəxslər gigiyenik qaydalara xüsusi əməl etməlidilər.
Sloveniya kubokunda yarımfinal qarşılaşmaları iyunun 9-10-na, final görüşü isə ayın 24-nə təyin olunub.
Qeyd edək ki, Sloveniyada çempionatlar martın əvvəlindən koronavirusa görə dayandırılmışdı. Geridə qalan 25 tur ərzində 50 xal toplamış lider Lyublyana “Olimpiya”sı ən yaxın izləyicisindən 5 xal öndə qərarlaşıb.
Oxşar xəbərlər
Çempionatın formatı dəyişdirildi - Gürcüstanda
Rumınlar başlamağa qərar verdi - Oyunlar azarkeşsiz olacaq
Gürcüstan çempionatının bərpa tarixi açıqlandı - Azərbaycanlı futbolçu testindən keçəcək
Çempionat iyunun 5-də bərpa olunacaq
Çempionat bərpa olunacaq - Polşada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası