Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Çempionatın formatı dəyişdirildi -Gürcüstanda
Koronavirus pandemiyasına görə dayandırılmış Gürcüstan çempionatının bərpa tarixi tam bəlli olub.
Sportfm.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Gürcüstan çempionatı iyunun 25-dən bərpa olunacaq. Yarışın bərpasından öncə iştirakçı 10 klubun bütün futbolçuları və məşqçilər korpusu koronavirus testindən keçəcək.
Federasiya yaranmış vəziyyətlə əlaqədar çempionatın formatında da dəyişiklik edib. Belə ki, yarış öncədən nəzərdə tutulduğu kimi 4 yox, 2 dövrədən ibarət olacaq. Bütün oyunlar da azarkeşsiz keçiriləcək.
Gürcüstan çempionatı koronavirus pandemiyasına görə martda, 2-ci turdan sonra təxirə salınmışdı.
Oxşar xəbərlər
Gürcüstan çempionatının bərpa tarixi açıqlandı - Azərbaycanlı futbolçu testindən keçəcək
Çempionatın bərpa tarixi bilindi
MLS-də fasilə müddəti uzadıldı - Rəhbərlik açıqladı
Ölkə çempionatına iyunun 10-da start veriləcək - Qərar
Gürcüstanda futbol matçları keçirilməyəcək - Koronavirus dəhşəti
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası