Ronaldo 10-luğa belə düşə bilmədi
Çempionlar Liqasında 23 yaşına qədər ən çox qol vuran futbolçuların adı açıqlanıb.
Sportfm.az xəbər verir ki, "Give me Sport" nəşrinin hazırladığı siyahıya “Barselonın”nın hücumçusu Lionel Messi başçılıq edir. 33 yaşlı argentinalı 23 yaşına qədər qitənin bir nömrəli klub turnirində 25 dəfə fərqlənib.
Portuqaliya millisinin və İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu isə ilk "10-luğ"a düşməyib. O, 23 yaşına qədər Çempionlar Liqasında 8 dəfə fərqlənib.
1. Lionel Messi - 25 qol
2. Raul Qonsales - 22 qol
3. Kilian Mbappe - 19 qol
4. Kərim Benzema - 17 qol
5. Alessandro Del Pyero - 16 qol
6. Andrey Şevçenko - 16 qol
7. Xavyer Saviola - 15 qol
8. Qabriel Jesus - 13 qol
9. Ueyn Runi - 13 qol
10. Sesk Fabreqas, Erlinq Haaland, Patrik Klüvert - hamısı 10 qol(qol.az)
Oxşar xəbərlər
Benzema Messi və Ronaldunu təkrarladı - Het-trik etməklə
Benzema ve Pulişiç tarixə düşdü - Çempionlar Liqası
21-ci əsrin ən çox penalti qaçıranları - SİYAHI
Benzema Levandovskini geridə qoydu
ÇL ən yaxşı 10 hücumçusu - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası