reklam
Vəli Qasımov İspaniyadakı sərgüzəştlərindən danışdı:
Sportfm.az xəbər saytı

Vəli Qasımov İspaniyadakı sərgüzəştlərindən danışdı:"O qədər içdik ki, ispanlar şoka düşdü"


Futbol üzrə yığma komandamızın sabiq üzvü Vəli Qasımov Rusiya mətbuatına müsahibə verib.

Sportfm.az saytı xəbər verir ki, "championat.com"-a müsahibəsində bir çox məqamlara toxunan sabiq hücumçu 1992-ci ildə çıxış etdiyi Moskva "Spartak"ı və "Dinamo"da aldığı maaşları müqayisə edərkən bildirib ki, maaşlar hər iki klubda az olsa da, mükafatlara görə "qırmızı-ağlar"da daha çox pul qazanırmış. Belə ki, "Dinamo"da hər qələbəyə 250 ABŞ dolları alan azərbaycanlı oyunçu, "Spartak"da buna görə 500 dollar "irəli düşürmüş".  Rusiya klublarında ayda 2-3 min rubl maaş aldığını söyləyən V.Qasımov "İspaniya" "Betis"ində çıxış etdiyi dönəmdə başına gələn maraqlı hadisəni də nəql edib. Rusiyalı Andrey Kobelevlə İspaniyada komanda yoldaşı olan forvard bir dəfə möhkəm alkoqol qəbul etdiklərini, ispan oyunçuların bundan şoka düşdüklərini qeyd edib. "Betis"də çıxış etdiyi müddətdə küçəyə çıxmağa peşman olduğunu deyən azərbaycanlı veteran, insanların şəhərin küçələrində onu rahat buraxmadığını, yaxınlaşıb avtoqraf aldığını, şəkil şəkdirdiyini vurğuayıb. 

Qeyd edək ki, Vəli Qasımov 1992-ci ildə 23 matçda 16 qol vuraraq, Rusiya çempionatının bombardiri olub. Daha sonra Qasımov "Betis", "Albasete", "Vitoriya" və "İmortal"da çıxış edib. 

 

Oxşar xəbərlər

Vəli Qasımovun yubileyində 10 qol
Azərbaycan futbolunun canlı əfsanəsi 50 yaşında - FOTO
""Qarabağ" avrokuboklarda çox yaxşı oynayır" - Vəli Qasımov
Vəli Qasımov: ”Azarkeşlərə yazığım gəlmir?!”
Vəli Qasımov:"Ehtiyat qüvvəmiz yoxdur"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər