reklam
Özbəkistanda çempionatın taleyi məlum oldu
Sportfm.az xəbər saytı

Özbəkistanda çempionatın taleyi məlum oldu


Koronavirus səbəbiylə dayandırılan Özbəkistanın futbol çempionatının taleyi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, çempionat davam etdiriləcək. Bu barədə ölkənin Peşəkar Futbol Liqası məlumat yayıb.

Komandalara sağlamlıq və gigiyena qaydalarına əməl etmək şərtiylə məşqlərə başlamağa icazə verilib. Açıqlamada, oyunların iyunun 5-dən bərpa olunmasının planlaşdırıldığı bildirilib. Lakin təqvimin və planın rəsmiləşməsi üçün daha bir neçə günə ehtiyac var. Çempionatın bərpa vaxtının yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.

Oxşar xəbərlər

Rumınlar başlamağa qərar verdi - Oyunlar azarkeşsiz olacaq
Çempionat iyunun 3-də bərpa olunacaq
Premyer Liqanın bərpa olunacağı tarix məlum oldu
Bundesliqa davam edəcək - RƏSMİ
Mövsüm davam etdiriləcək - Qazaxıstanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər