reklam
Rəcəbovla Məmmədyarov mövqeyini qorudu
Sportfm.az xəbər saytı

Rəcəbovla Məmmədyarov mövqeyini qoruduFIDE reytinq siyahısını açıqladı


Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün reytinq siyahısını açıqlayıb.

Sportfm.az xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.

Koronavirus pandemiyasına görə İddiaçılar Turnirindən imtina edən Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var.

Şəhriyar Məmmədyarov isə 2 764 xalla 11-ci yerdə qalıb.

Qədir Hüseynov (2 665) 72-ci, Nicat Abbasov (2 664) 74-cü pillədə yer alıb. 2 654 xalı olan Rauf Məmmədov 90-cı sıradakı mövqeyində qalıb.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 835 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə 2 443 xalla 29-cu pillədəki mövqeyini qoruyub. 2 382 xala malik Gülnar Məmmədova 1 pillə irəliləyərək 76-cı sıraya yüksəlib. 2 376 xalı olan Xanım Balacayeva isə 86-cı sıradan 85-ci pilləyə irəliləyib.

Oxşar xəbərlər

Məmmədyarovla Rəcəbov mövqeyini dəyişmədi - FİDE reytinqi
Şahmatçılarımızın FIDE reytinqi - İlk 10-luqda
Şahmatçılarımızın yeni mövqeyi açıqlandı - FIDE reytinqi
Azərbaycan şahmatçılarının yeni mövqeyi məlum oldu
Şahmatçılarımız mövqeyini dəyişmədi - FIDE reytinqində

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər