reklam
Məmmədyarovla Rəcəbov mövqeyini dəyişmədi -
Sportfm.az xəbər saytı

Məmmədyarovla Rəcəbov mövqeyini dəyişmədi -FİDE reytinqi


Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Sportfm.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 8-ci pillədəki mövqeyini qoruyub. Onun aktivində 2770 xal var. 2765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.

Nicat Abbasov 2668 xalla bir pillə irəliləyərək, 70-ci sıraya yüksəlib. Qədir Hüseynov isə 2665 xalla 74-cü sıradakı yerini qoruyub. Rauf Məmmədovla (2654) Arkadi Naydiçin (2649) mövqeyində də dəyişiklik olmayıb. Onlar müvafiq olaraq, 92 və 100-cü pillələrdə qərarlaşıblar olub.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2823 xalla 2-ci, çinli Dinq Liren 2791 xalla 3-cüdür.

Qadınlardan 2443 xalı olan Günay Məmmədzadə 31-ci sırada qalıb. 2382 xala malik Gülnar Məmmədova 2 pillə irəliləyərək 79-cu pilləyə yüksəlib. 2376 xalı olan Xanım Balacayeva isə 90-cı sıradakı mövqeyini qoruyub.

Oxşar xəbərlər

Günay Məmmədzadə 3 pillə irəlilədi - FIDE reytinqi
Şahmatçılarımızın FIDE reytinqi - İlk 10-luqda
Şahmatçılarımızın yeni mövqeyi açıqlandı - FIDE reytinqi
Rəcəbovla Məmmədyarov mövqeyini qorudu FIDE reytinq siyahısını açıqladı
Şahmatçılarımız mövqeyini dəyişmədi - FIDE reytinqində

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər