reklam
Sportfm.az xəbər saytı

"Formamı tam istədiyim kimi saxlaya bilmədim" -Anton Krivotsyuk


“Neftçi”nin müdafiəçisi Anton Krivotsyukun klubla yeni müqavilə imzaladığı barədə məlumat vermişdik.

Sportfm.az xəbər verir ki, gənc futbolçu klubun rəsmi saytına müsahibəsində bununla bağlı təəssüratlarını bölüşüb:

  • “Neftçi” ilə daha 1 illik anlaşmaya imza atdınız. Təəssüratlarınız necədi?
  • Təbii ki, doğma hesab etdiyim klubda qaldığım üçün çox şadam. Həmişə çempionluq uğrunda mübarizə aparan komandanın heyətində olmaq məsuliyyətimi artırır.
  • Ümumiyyətlə, “Neftçi” sizin həyatınızda nə kimi rol oynayıb?
  • Çox vacib rol oynayıb. Dediyim kimi, “Neftçi” kimi komandanın formasını geyinmək böyük şərəfdi. Meydanda canımı qoyub komandaya xeyir verməyə çalışıram. Futbolçu üçün əsas məqsəd bu olmalıdı.
  • Karantin dövrünü necə keçirirsiz? Formanızı necə qoruyub saxlamısız?
  • Karantin dövrü ağır keçdi. Açığı, formamı tam istədiyim kimi saxlaya bilmədim.
  • Artıq mövsüm bərpa olunub. Nə gözləyirsiz?
  • Təsəvvür etmək çətindi. Məncə, məşqdən-məşqə qaydasına düşəcək.
  • Futbol üçün çox darıxmısız?
  • Əlbəttə! Futbol həyatımın bir parçasıdı, amma ailəm üçün daha çox darıxmışam. Axı onlar başqa ölkədə yaşayırlar.

Oxşar xəbərlər

"Formamı bərpa etməyə çalışıram" - Meza Kolli
“Neftçi”nin formasını geyinmək uşaqlıq arzum idi”
"Azarkeşsiz oynamaq çox çətin olacaq" - Ömər Buludov
"Avrokuboklar haqda düşünməliyik" - Emin Mahmudov
"Mərhələni keçəcəyik" - "Neftçi"nin futbolçusu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər