reklam
Muay-tay MDB Oyunlarının proqramına daxil edildi
Sportfm.az xəbər saytı

Muay-tay MDB Oyunlarının proqramına daxil edildi


İdmanın muay-tay növü Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçiriləcək Birinci MDB Oyunlarının proqramına daxil edilib.

Sportfm.az xəbər verir ki, yaxın günlərdə milli komandanın bu yarışa hazırlıqları başlayacaq.

MDB Oyunlarında cüdo, sambo, çimərlik voleybolu, çimərlik həndbolu, mini-futbol, boks, tayboks, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, qol güləşi, mas-restlinq, idman güləşi, kəmər güləşi (koreş), yüngül atletika və basketbol növləri üzrə yarışlar keçiriləcək.

Yarışların loqotipi Simurq quşu, talismanı isə bəbirdir. Oyunların bu il avqustun 20-27-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilməsi planlaşdırılıb. Yarışlarda 11 ölkədən 14-23 yaşlarında 3,5 minə yaxın idmançının iştirakı gözlənilir.

Xatırladaq ki, Birinci MDB Oyunlarının keçirilməsi ideyası MDB Dövlət Başçıları Şurasının 2018-ci ildə Tacikistanda keçirilmiş iclasında təsdiqlənib.

Oxşar xəbərlər

III Avropa Oyunlarının proqramına daha bir idman növü daxil edildi
Avropa Oyunlarında yeni idman növü - Muay tay
III Avropa Oyunlarına 23 idman növü daxil edildi - SİYAHI
MDB Oyunlarının loqotipi və talismanı təsdiqləndi
MDB Oyunları keçiriləcək - 2020-ci ildə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər