MDB Oyunları keçiriləcək -2020-ci ildə
Tarixdə ilk MDB Oyunları 2020-ci ildə Kazan şəhərində keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu barədə Tatarıstanın İdman Nazirliyi elan edib.
Qeyd olunub ki, birinci MDB Oyunları gələn il avqustun 20-27-dək keçiriləcək.
Oyunlarda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna iştirak edəcək. Bundan başqa, digər ölkələrdən idmançıların dəvət ediləcəyi istisna olunmur.
Birinci oyunlarda 2000-dək idmançının iştirak edəcəyi gözlənilir.
MDB Oyunlarında cüdo, sambo, çimərlik voleybolu, çimərlik həndbolu, mini-futbol, boks, tayboks, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, armrestlinq, mas-restlinq, idman güləşi, kəmər güləşi (koreş), yüngül atletika və basketbol növləri üzrə yarışlar keçiriləcək.
Oxşar xəbərlər
Stolüstü tennisçilərimiz iki medal qazandı - MDB Oyunları
Azərbaycan idmançıları Kazana gəldi - MDB Oyunları
III Avropa Oyunlarına 23 idman növü daxil edildi - SİYAHI
Muay-tay MDB Oyunlarının proqramına daxil edildi
Lukaşenko geriyə sayım hesabını açdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası