Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rusiya klubunun futbolçusu: "Azərbaycan restoranlarında vaxt keçirməkdən zövq alıram"
Rusiyanın "Rubin” klubunun türkiyəli futbolçusu Gökdəniz Qaradəniz FİFA-nın rəsmi saytına maraqlı açıqlamalar verib. Qaynarinfo.Az xəbər verir ki, Gökdəniz 28 yaşı olarkən keçdiyi "Rubin"ə uyğunlaşması barədə danışıb: "Mən "Trabzonspor"da 10 il oynamışam. Mənə tanış olmayan fərqli iqlimə malik ölkəyə köçmək asan olmadı. Ancaq Kazanda mənim mədəniyyətimlə olan oxşarlıqlar uyğunlaşmama kömək etdi. Mən müsəlmanam və burda da İslama inanırlar. Burda çoxlu gözəl məscidlər var. Kazan tamamilə fərqli şəhərdir. Rusiyadakı digər şəhərlərdən fərqlənib".
36 yaşlı yarımmüdafiəçi karyerası ilə bağlı danışarkən Kazan şəhərindəki gündəlik həyatından da söhbət açıb. O həmin şəhərdəki Azərbaycan restoranlarında tez-tez olduğunu bildirib: "Burada tarxi yerlər var və oralarda gəzməyi xoşlayıram. Kazanda bir neçə gözəl özbək, gürcü və Azərbaycan restoranları var. Həmin məkanlarda vaxt keçirməkdən zövq alıram. Əvvəlcə burda buz hokkeyinin daha çox sevildiyini düşünürdüm. Lakin avrokuboklarda oynamağa başlamağımız və ard-arda gələn uğurlar azarkeşlərin diqqətini çəkdi. Məncə, hazırda daha çox fanata sahibik və onların hər biri dəyərlidir".
Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü 2008-ci ildən "Rubin"də çıxış edir. O, ölkəsi ilə yanaşı, Tatarıstanda da çox məşhurdur.
Oxşar xəbərlər
Gökdəniz Karadəniz “Rubin”də - Təyinat
Məşhur türk karyerasını bitirdi - Forması əbədiləşdirildi
"Nə vaxtsa buna son verməlisən" - Türkiyəli futbolçudan açıqlama
"Bizim üçün çətin olacaq" - türk futbolçudan açıqlama
Türk futbolçu:"Bura Rusiyanın digər şəhərlərindən fərqli olaraq möhtəşəmdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası