reklam
Sportfm.az xəbər saytı

"Bizim üçün çətin olacaq" - türk futbolçudan açıqlama


Rusiyanın "Rubin" klubunun təcrübəli türkiyəli futbolçusu Gökdeniz Karadeniz növbəti mövsümlə bağlı fikirlərini bildirib. 
Sportfm.az xəbər verir ki, 2008-ci ildən Kazan klubunda çıxış edən Gökdeniz Rusiya Premyer Liqasının ildən-ilə çətinləşdiyini açıqlayıb:"Səviyyə hər il daha da artır. Bizim klub üçün növbəti mövsüm medallar uğrunda mübarizə aparmaq çətin olacaq. Düşünürəm ki, indiki heyətlə ilk "beşliyə" belə iddialı deyilik. Nə qədər acı olsa belə, reallıqdır". Əslən Trabzondan olan yarımmüdafiəçi komandanın son vaxtlar tez-tez məşqçi dəyişməsinə də münasibət bildirib:"Qurban Berdıyev olanda nə istədiyimizi yaxşı bilirdik. İndi isə heçnə məlum deyil".
Qeyd edək ki, uzun illərdir Karadeniz "Rubin" klubunun kapitan sarğısını daşıyır. 
 

Oxşar xəbərlər

Gökdəniz Karadəniz “Rubin”də - Təyinat
"10 il bizim klubda oynayan bir şəxs kimi çox çirkin iş tutdu" - "Rubin" rəsmisi
Məşhur türk karyerasını bitirdi - Forması əbədiləşdirildi
"Nə vaxtsa buna son verməlisən" - Türkiyəli futbolçudan açıqlama
Türk futbolçu:"Bura Rusiyanın digər şəhərlərindən fərqli olaraq möhtəşəmdir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər