reklam
Azarkeşlər baş məşqçi və futbolçuların evinə hücum etdi -
Sportfm.az xəbər saytı

Azarkeşlər baş məşqçi və futbolçuların evinə hücum etdi -FOTO


Portuqaliya çempionatının 25-ci turunda doğma meydanda “Tondela”ya qalib gələ bilmədiyi üçün “Benfika” azarkeşlərinin komandanın avtobusuna hücum etdiyini xəbər vermişdik.

Sportfm.az xəbər verir ki, sözügedən klubun fanatları bununla da kifayətlənməyiblər. Belə ki, onlar bu hadisədən bir neçə saat sonra futbolçuların evlərini də hədəf alıblar. 

Fanatlar sprey boyalarla oyunçuların evlərinin divarlarına müxtəlif təhqir dolu sözlər yazıblar. Xüsusən də Portuqaliya millisinin futbolçusu Pizziyə məxsus mənzilə ciddi ziyan dəyib. Baş məşqçi Bruno Laqenin də evinin divarlarına təhdid dolu mesajlar yazılıb.

Qeyd edək ki, azarkeşlərin avtobusa hücumu nəticəsində şüşə qırıntıları yarımmüdafiəçi Yulian Vayql və vinger Andriya Jivkoviçin üzünü zədələyib. Onlar ehtiyat tədbiri kimi xəstəxanaya çatdırılıblar.

Portuqaliya Premyerası iyunun 3-də start götürüb. Mövsümün bitiminə 9 tur qalmış "Benfika" və "Portu" hərəyə 60 xalla liderdi.

Oxşar xəbərlər

Dadaşov "Benfika"ya qarşı oynadı - 18 dəqiqə
Qocaman klubun baş məşqçisi məlum oldu
Klublar məşqlərə başladı
Azarkeşlər komandanın avtobusuna hücum etdi - FOTO
“Portu” 28-ci dəfə Portuqaliya çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər