reklam
6 aylıq fasilədən sonra futbol tarixinin ən uzun matçı baş tutdu -
Sportfm.az xəbər saytı

6 aylıq fasilədən sonra futbol tarixinin ən uzun matçı baş tutdu -Azərbaycan yığmasının üzvü tribunada oturdu


İspaniya futbolunda koronavirus pandemiyasına görə yaranmış 3 aylıq fasilə başa çatıb.

Sportfm.az xəbər verir ki, bu gün sözügedən ölkənin 2-ci liqasında (Sequnda) 20-ci turdan təxirə salınmış bir qarşılaşma keçirilib.

“Rayo Valyekano” öz meydanında Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” ilə qarşılaşıb.

Əslində, bu qarşılaşma ötən ilin dekabr ayının 15-də keçirilmişdi. Lakin məhz Eddinin ilk hissənin sonlarında qırmızı vərəqə ilə meydandan qovulduğu həmin görüş zamanı yerli fanatların “Albasete”nin hücumçusu Roman Zozulya ilə bağlı rasist şüarlar səsləndirməsi səbəbindən qarşılaşma yarıda dayandırılmışdı.

Nəhayət, 6 ay sürən fasilədən sonra həmin qarşılaşmanın davamı baş tutub. Bu, İspaniyada koronavirus pandemiyasından sonrakı ilk rəsmi futbol matç kimi tarixə düşüb. “Rayo Valyekano” - “Albasete” görüşü həm də İspaniya futbol tarixinin ən uzun matçı kimi tarixə keçib. Qarşılaşma isə “Rayo Valyekano”nun 61-ci dəqiqədə vurduğu yeganə qolla meydan sahiblərinin xeyrinə başa çatıb. Pandemiya ilə əlaqədar matç azarkeşsiz keçirilib.

Qeyd edək ki, iyunun 11-dən etibarən La Liqada da 2019/20 mövsümü bərpa olunacaq. 28-ci turun açılış oyunu “Sevilya” ilə “Betis” arasında baş tutacaq.

Oxşar xəbərlər

İsrafilovun qolu “Albasete”yə qələbə qazandırdı - 2:1
İsrafilovlu “Albasete” qələbə qazandı - 2:0
Eddinin komandası meydandan qələbə ilə ayrıldı
Azərbaycanlı Eddi 2 oyun "dincələcək"
Faşist şüarları səsləndirildi, Azərbaycan yığmasının üzvü qovuldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər