reklam
F1 pilotlarının dəbilqələrindən qoruyucu maska olacaq -
Sportfm.az xəbər saytı

F1 pilotlarının dəbilqələrindən qoruyucu maska olacaq -FOTO


Koronavirus pandemiyası dövründə plastik qoruyucu maska satışı ilə məşğul olan meksikalı Nelson Kardenas öz məhsullarını populyarlaşdırmaq üçün maraqlı bir üsul tapıb.

Sportfm.az xəbər verir ki, Kardenas qoruyucu maskaların üzərində Formula 1 pilotlarının dəbilqələrinin təsvirini köçürüb. İndi bu məhsulları bütün dünyada almaq istəyirlər.

Nelson deyib: “Mən uşaq yaşlarımdan avtomobil idmanının pərəstişkarı olmuşam. Buna görə də həmin həvəsimi öz məhsullarımla birləşdirmək qərarına gəldim ki, mənim kimi azarkeşlər öz sevimli pilotunun dəbilqəsi təsvir edilən maska taxa bilsinlər”.

Bu maskaların fotoşəkilləri sosial şəbəkələrdə yayılandan cəmi bir neçə saat sonra onlar Formula 1 pərəstişkarları arasında çox populyarlaşıb. İstehsalçıya dünyanın hər yerindən məktublar gəlir. Belə maskanın qiyməti 110 pesodur (4,5 dollar).

 

Oxşar xəbərlər

Maska satışından 250 min avro topladılar - FOTO
"Barselona" maska satışına başladı - FOTO
Maskadan görün necə istifadə etdilər - FOTO
Premyer Liqa təmsilçisi 4 min maska aldı
Futbolçu 200 mindən çox maska aldı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər