reklam
Futbolçu 200 mindən çox maska aldı -
Sportfm.az xəbər saytı

Futbolçu 200 mindən çox maska aldı -FOTO


Dünyada sürətlə yayılan koronavirus pandemiyası ilə mübarizəyə daha bir ulduz futbolçu qoşulub.

Sportfm.az xəbər verir ki, Madrid "Real"ının kapitanı Serxio Ramos da belə bir nəcib təşəbbüslə diqqət mərkəzinə düşüb.

İspaniyalı təcrübəli futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. O, 264 571 maska, 15 min test və 1000 qoruyucu geyim dəsti alıb. O, bu işi UNİCEF-in dəstəyi ilə gördüyünü də diqqətə çatdırıb. Ramosun sözlərinə görə, bütün bu ləvazimatlar martın 27-də İspaniyaya çatdırılacaq.

UNİCEF də bu barədə rəsmi açıqlama yayıb və bu yardımı üçün ispaniyalı ulduz futbolçuya təşəkkür edib.

Qeyd edək ki, İspaniya Avropada İtaliyadan sonra koronavirus qurbanlarının sayına görə ikinci yerdədi.

Oxşar xəbərlər

F1 pilotlarının dəbilqələrindən qoruyucu maska olacaq - FOTO
Maska satışından 250 min avro topladılar - FOTO
Çinli azarkeşlərə maska yardımı
Arda da mübarizəyə qoşuldu - FOTO
"Real Madrid"in kapitanı müqaviləsinin ləğvini istədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər