Yazı müsabiqəsi davam edir
İyunun 11-də Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) İdarə Heyətinin növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, toplantıda çıxış edən federasiyanın prezidenti Qabil Mehdiyev qurumun fəaliyyəti və gündəlikdə duran məsələlər barədə danışıb.
İclasda görkəmli idman jurnalisti Mirpaşa Miriyevin 100 illik yubileyi münasibəti ilə elan edilən yazı müsabiqəsinin vaxtının uzadılması məsələsi müzakirə edilib. AİJF bəzi idman jurnalistlərinin müraciətlərini nəzərə alaraq, “Azərbaycan idman jurnalistikası: dünən, bu gün və sabah” mövzusunda müsabiqəyə yazıların qəbulu vaxtının 2 iyul - Beynəlxalq İdman Mətbuatı gününədək uzadılmasını qərara alıb.
Gündəlikdəki digər məsələ idman jurnalistləri arasında onlayn layihələrin həyata keçirilməsi olub. Bildirilib ki, belə layihələr idman jurnalistlərinin bilik və bacarıqlarının aşkar edilməsi və asudə vaxtlarının daha səmərəli təşkili ilə bağlıdır. Qərara alınıb ki, idman jurnalistləri arasında bir sıra onlayn layihələr həyata keçirilsin.
Oxşar xəbərlər
İdman jurnalistlərindən ibarət yığma yaradılır
MEDİA-nın icraçı direktoru idman mətbuatının durumunu müzakirə etdi
İdman jurnalistlərinin II respublika toplantısı keçiriləcək
Azərbaycan İdman Jurnalistləri Federasiyası növbəti iclası keçirib - FOTO
İdman Jurnalistləri Federasiyası ilk toplantısını keçirdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası