reklam
“Napoli”nin yeganə qolunu vuran oyunçu tarixə düşdü
Sportfm.az xəbər saytı

“Napoli”nin yeganə qolunu vuran oyunçu tarixə düşdü


“Napoli” İtaliya kubokunun yarımfinal mərhələsinin cavab matçında “İnter”lə qollu bərabərə qalaraq (1:1, ilk oyun 1:0), adını finala yazdırıb.

Sportfm.az xəbər verir ki, sözügedən qarşılaşmada “Napoli”nin yeganə qolunu vuran Dris Mertens klubun tarixinə düşüb. Bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“İnter”lə oyunda bərabərlik qolunu vuran Mertens, “Napoli”dəki qollarının sayını 122-ə çatdırıb və belçikalı hücumçu, bununla da, klub tarixinin ən məhsuldar futbolçusu olub. 33 yaşlı hücumçu 2013-cü ildən “Napoli”də çıxış edir.

 

Oxşar xəbərlər

Gürcü futbolçu “Napoli”nin tarixinə düşdü - UĞUR
Erik Kantonanı yalnız buraxmadı - Tarixə düşdü
İtaliya kubokunda finalçılar məlum oldu
“Napoli” məşqləri bərpa edir
"Alman maşını" Londonda işə düşdü, ispanlar Neapolda "lişdi" - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər