Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İker Kasilyas prezident olmaq istəmir
İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyas İspaniya Kral Futbol Federasiyasının (RFF) prezidenti seçilməkdən imtina edib.
Sportfm.az xəbər verir ki, bu barədə 39 yaşlı keçmiş qolkiper şəxsi "Twitter" səhifəsində məlumat verib.
O bildirib ki, bu qərarı verməyinin əsas səbəbi İspaniyadakı sosial, iqtisadi və epidemioloji vəziyyətdir. Kasilyas deyib ki, buna görə seçkilər onun üçün arxa plana keçib: "Ancaq bu qapını bağlamamışam. Seçkilərin ədalətli və açıq keçirilməsini istəyirəm".
Qeyd edək ki, İker Kasilyas RFF-in hazırkı prezidenti Luis Rubialeslə mübarizə aparmalı idi.
Oxşar xəbərlər
"Sinif yoldaşım Xuliodan birbaşa Raula döndü" - İker Kasilyas
Kasilyas "Real Madrid"ə qayıtdı - RƏSMİ
Kasilyas “Real Madrid”ə geri dönür
Kasilyas karyerasını bitirdi - Prezident olacaq
Kasilyas prezidentliyə namizəd oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası