Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kasilyas “Real Madrid”ə geri dönür
İspaniya millisinin və “Real Madrid”in sabiq futbolçusu İker Kasilyas “kral klubu”na qayıdır.
Sportfm.az xəbər verir ki, 39 yaşlı qapıçı paytaxt təmsilçisinin rəhbərliyində yer alacaq.
Portuqaliya “Portu”su ilə müqaviləsi başa çatan təcrübəli qolkiper Madrid klubunun prezidenti Florentino Peresin müşaviri vəzifəsində çalışacaq.
Onun yaxın vaxtlarda peşəkar karyerasını başa vuracağı gözlənilir.
Qeyd edək ki, 1998 – 2015-ci illərdə “Real Madrid”in formasını geyinmiş İker Kasilyas daha əvvəl İspaniya Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürsə də, sonradan fikrini dəyişib.
Oxşar xəbərlər
Kasilyas "Real Madrid"ə qayıtdı - RƏSMİ
İker Kasilyas prezident olmaq istəmir
Kasilyas karyerasını bitirdi - Prezident olacaq
Kasilyas prezidentliyə namizəd oldu
Məşhur qapıçı karyerasını başa vuracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası