Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İngiltərədə ilin transferi gerçəkləşir
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Leroy Sane "şəhərlilər"dən ayrılacaq.
Sportfm.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola yerli mətbuata açıqlamasında deyib.
İspan mütəxəssis bildirib ki, 24 yaşlı yarımmüdafiəçi Mançester təmsilçisi ilə gələn ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmaqdan imtina edib.
Artıq Almaniya millisinin üzvünün yeni klubu da bəllidir. İtaliyalı jurnalist Fabritsio Romano şəxsi "Twitter" hesabında Sanenin "Bavariya" ilə anlaşdığını yazıb. Keçidin bu yay baş tutacağı gözlənilir.
Qeyd edək ki, Leroy Sane 2016-cı ilin yayında Almaniya "Şalke"sindən "Mançester Siti"yə keçib.
Oxşar xəbərlər
"Mançester Siti" Qvardiola ilə davam edəcək - RƏSMİ
Qvardiola “Mançester Siti”də qaldı - RƏSMİ
"Bavariya" millinin üzvünü transfer etdi - RƏSMİ
“Mançester Siti” Sane ilə bağlı qərar verdi
2023-cü ilə qədər sözləşmə imzalamaq niyyətindədi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası