reklam
Dortmundlular ikinci yeri təmin etdi,
Sportfm.az xəbər saytı

Dortmundlular ikinci yeri təmin etdi, "Bavariya" yenə qalib gəldi


Almaniya Bundesliqasında XXXIII turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, sonuncudan əvvəlki turun qarşılaşmaları eyni gündə və eyni saatda başlayıb.

Çempionluğu öncədən təmin edən "Bavariya" evdə "Frayburq"a qalib gəlib. Münhenlilərin iki ən yaxın izləyicisi Leypsiqdə üz-üzə gəlib.

Şəhərin eyniadlı komandasına 2 cavabsız qolla qalib gələn Dortmund "Borussiya"sı ikinci yeri təmin edib. 3-cü yerin taleyinə isə son tur aydınlıq gətirəcək.

Qeyd edək ki, aşağı dəstəyə düşəcək ikinci komanda, həmçinin pley-offun iştirakçısı da son matçlarda bəlli olacaq. XXXIV turun matçları isə iyunun 27-də təşkil olunacaq.

Almaniya Bundesliqası
XXXIII tur
20 iyun
"Bavariya" - "Frayburq" - 3:1

Kimmix, 15, Levandovski, 24, 37 - Hoeler, 33
"Köln" - "Ayntraxt" - 1:1
Kayns, 45 (pen.) - Dost, 73
"Fortuna" - "Auqsburq" - 1:1
Henninqs, 26 - Niderlexner, 10
"Herta" - "Bayer" - 2:0
Kunya, 22, Lukebakio, 54
"Hoffenhaym" - "Union" - 4:0
Bebou, 11, Kramariç, 39, Dabbur, 45, Baumqartner, 68
"Mayns" - "Verder" - 3:1
Quaion, 25, Boetius, 30, Fernandes, 85 - Osako, 55
"Paderborn" - "Borussiya" M - 1:3
Miçel, 54 - Hermann, 4, Ştindl, 54 (pen.), 73
"Leypsiq" - "Borussiya" D - 0:2
Holand, 30, 90
"Şalke" - "Volfsburq" - 1:4
Matondo, 70 - Veqhorst, 16, 56, Mbabu, 59, Viktor, 69

Oxşar xəbərlər

Bundesliqada mövsümə yekun vuruldu - SİYAHI
"Frayburq" minimal hesabla qalib gəldi - Bundesliqa
"Borussiya" zəfər yürüşünü davam etdirir
"Bavariya" rəhm etmədi, "Bayer" azarkeşlərini sevindirdi
"Bavariya" xal fərqini artırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər