reklam
“Neftçi”dən 7-ci, “Qarabağ”dan 6-cı bombardir
Sportfm.az xəbər saytı

“Neftçi”dən 7-ci, “Qarabağ”dan 6-cı bombardir


Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə 4 futbolçu bombardir tituluna yiyələnib.

Sportfm.az xəbər verir ki, bunlar Baqali Dabo və Stiven Monroz (hər ikisi “Neftçi”), Peyman Babayi (“Sumqayıt”) və Mahir Emrelidir (“Qarabağ”). Onlar hərəyə 7 qol vurub. Bu, ilk belə hadisədir ki, bombardir adına 4 şərik olur.
Dabo və Emreli ikinci dəfə belə uğura imza atmaqla Zaur Ramazanova çatıb. Bu göstəricidə rekord 3 dəfə bombardir olan Nazim Əliyevə məxsusdur.
İndiyədək ən çox futbolçusu bombardir olan klub “Neftçi”dir. Paytaxt təmsilçisinin bombardir olan oyunçularının sayı 7-yə çatıb. Cari mövsümədək bakılılarla şərik olan “Qarabağ”da bu rəqəm 6-dır. Babayi “Sumqayıt”ın tarixinə titul qazanan ilk oyunçu kimi düşüb.

 

AZƏRBAYCAN ÇEMPİONATININ BOMBARDİRLƏRİ

mövsüm

Futbolçu

klubu

qol

1992

Nazim Əliyev

Xəzər (Sumqayıt)

39

1993

Samir Ələkbərov

Neftçi

16

1993/94

Musa Qurbanov

Turan

35

1994/95

Nazim Əliyev

Neftçi

26

1995/96

Rövşən Əhmədov

Kəpəz

23

 

Fazil Pərvərov

Kəpəz

23

1996/97

Qurban Qurbanov

Neftçi

34

1997/98

Nazim Əliyev

Dinamo

23

1998/99

Alay Bəhramov

Viləş

24

1999/00

Badri Kvaratsxeliya

Şəmkir

16

2000/01

Paşa Əliyev

Dinamo-Bakılı

13

2003/04

Samir Musayev

Qarabağ-Azərsun

20

2004/05

Zaur Ramazanov

Karvan

21

2005/06

Yakuba Bamba

Karvan

16

2006/07

Zaur Ramazanov

Xəzər-Lənkəran

20

2007/08

Xaqani Məmmədov

İnter

19

2008/09

Valter Quqlemon

İnter

17

2009/10

Fərid Quliyev

Standard

16

2010/11

Georgi Adamiya

Qarabağ

18

2011/12

Bahodir Nasimov

Neftçi

16

2012/13

Nikolas Kanales

Neftçi

26

2013/14

Reynaldo Silva

Qarabağ

22

2014/15

Nurlan Novruzov

Bakı

15

2015/16

Dani Kintana

Qarabağ

15

2016/17

Filip Ozobiç

Qəbələ

11

 

Rauf Əliyev

İnter

11

2017/18

Baqali Dabo

Qəbələ

13

2018/19

Mahir Emreli

Qarabağ

16

2019/20

Baqali Dabo

Neftçi

7

 

Mahir Emreli

Qarabağ

7

 

Stiven Monroz

Neftçi

7

 

Peyman Babayi

Sumqayıt

7

 

Oxşar xəbərlər

Şeydayev bombardir olan 9-cu yerli futbolçudur - SİYAHI
“Neftçi”dən rekord, “Sumqayıt”dan bir ilk - Premyer Liqa
"Neftçi" qış çempionu oldu - 9-cu dəfə
Azərbaycan çempionatında bombardirlərin qol sayı - SİYAHI
TPL-in 3-cü turu rəqəmlərin gözü ilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər