Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Kəpəz"dən "Neftçi" rəsmilərinin qovulması ittihamlarına münasibət
"Kəpəz" rəhbərliyi Azərbaycan Premyer Liqasının oyunu zamanı "Neftçi" rəsmilərinin media sektorundan uzaqlaşdırılmasına dair xəbərlərə münasibət bildirib. Klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu bu addımın icra başçısı Elmar Vəliyevin göstərişi ilə deyil, təhlükəsizlik məqsədilə atıldığını söyləyib. Onun sözlərinə görə, oyunun əvvəllərində gəncəli azarkeşlərlə onlara yaxın əyləşən "Neftçi"nin əməkdaşları arasında söz savaşı başlanıb. Polislərin səylərinə baxmayaraq, aranı sakitləşdirmək mümkün olmayıb. Bu səbəbdən, qonaq komanda işçilərinə öz azarkeşləri ilə birgə klub rəsmilərinin yer aldığı "skybox"a qalxmaları təklif olunub. Amma onlar komandanın azyaşlı fanatlarına ayrılmış sektora tərəf gediblər. Bunu görən "Neftçi" rəhbərliyi də "skybox"dan klub əməkdaşlarının yanına düşüb və onlarla birgə eyni istiqamətə yönəliblər.
"Şəxsən mən "Neftçi"nin icraçı direktoru Orxan Hüseynzadəyə təklif etdim ki, azarkeşlərinizi "skybox"unuza gətirin. Amma o, fan-klub olan sektora gedəcəklərini bildirdi" deyən M.Nərimanoğlunun sözlərinə görə, bundan sonra polislərə tapşırıq verildi ki, "Neftçi" rəsmiləri və azarkeşlərinin olduğu tribunada təhlükəsizlik daha da gücləndirilsin".
Qeyd edək ki, VİP-sektordan uzaqlaşdırılan "Neftçi" rəsmiləri arasında klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov da olub
Mənbə: Sportnet.az
Oxşar xəbərlər
Yığmanın üzvü "Neftçi"ni tərk etdi
"Neftçi" mənə lazım olan dəstəyi vermədi" - Mehman Rəsulov
"Kəpəz" Elnur Məmmədovu "Neftçi"yə qaytardı - FOTO
"Kəpəz" bakılıların ittihamlarına cavab verdi
"Neftçi" rəhbərliyindən daha bir absurd addım...Klub rəsmisi olmayan şəxsə məktub ünvanlandılar - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası