reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" bakılıların ittihamlarına cavab verdi


Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Kəpəz” – "Neftçi” oyununda baş verənlərlə bağlı Gəncə klubu yaydığı bəyanatla "Neftçi"nin ittihamlarına cavab verib.
Sportfm.az "sarı-göylər"in saytında yer alan bəyanatı olduğu kimi diqqətinizə çatdırır  
"Kəpəz” PFK-nın rəhbərliyi bəyan edir ki, oyun zamanı baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin qarşısını almaq məqsədilə polis tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Belə ki, yerli azarkeşlərə yaxın yerdə oturan qonaq klubun nümayəndələrinə polis əməkdaşları tərəfindən onlar üçün ayrılmış və daha ciddi mühafizə olunan SKY BOX-a və ya digər tribunaya keçmələri tövsiyə olunub.   Bundan başqa oyundan sonra "Neftçi” klubunun futbolçularının yuyunması üçün isti suyun olmaması haqda deyilənlər həqiqətə uyğun deyil.  
Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən stadionun ərazisində təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin olunub. Əgər belə olmasaydı, səfər matçı üçün Gəncəyə gələn qonaq azarkeşlərlə "Neftçi” rəsmiləri və futbolçuları arasında yaranacaq qalmaqalın qarşısı vaxtında alına bilməzdi. Məhz polis əməkdaşlarının sayəsində davaya səbəb ola biləcək bütün cəhdlərin qarşısı alınıb.  

Oxşar xəbərlər

"Qəbələ"nin futbolçuları Gəncədə döyüldü, işə polis qarışdı - ŞOK
“Neftçi” azarkeşlərinə müraciət ünvanladı
"Neftçi" açıqlama yaydı
"Kəpəz"dən "Neftçi" rəsmilərinin qovulması ittihamlarına münasibət
Stadionda polislə azarkeşlər arasında insident

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər