reklam
Avropa Çempionatı ilə bağlı yeni qərar -
Sportfm.az xəbər saytı

Avropa Çempionatı ilə bağlı yeni qərar -UEFA pandemiyaya uyğunlaşır


UEFA 2021-ci ildə keçiriləcək 21 yaşadək futbolçuların Avropa çempionatı ilə bağlı yeni qərar qəbul edib.

Sportfm.az xəbər verir ki, seçmə mərhələdə qrup ikincilərinin pley-off görüşləri keçirilməyəcək. Verilən qərara əsasən, qrup ikinciləri arasında ən yaxşı 5 komanda 9 liderlə birlikdə turnirin final mərhələsinə vəsiqə qazanacaq. 

Təşkilatçı ölkələr - Sloveniya və Macarıstan isə final mərhələsinə birbaşa vəsiqə qazanıb. 

Macarıstan A və C, Sloveniya isə B və D qruplarında keçiriləcək oyunları qəbul edəcək. Turnirin final oyunu 2021-ci il iyunun 6-da Sloveniyada baş tutacaq. 

Azərbaycan millisi AÇ-2021-in seçmə mərhələsində İsveçrə, Fransa, Gürcüstan, Slovakiya və Lixtenşteynlə birgə eyni qrupda mübarizə aparır. Serbiyalı baş məşqçi Milan Obradoviçin çalışdırdığı komanda 6 oyundan sonra 6 xalla qrupda 5-cidir. Gürcüstan və Slovakiya da eyni xal toplayıblar və 3-4-cü yerləri bölüşürlər. İsveçrə 12 xalla 1-ci, Fransa 9 xalla 2-ci yerdə qərarlaşıb.

Oxşar xəbərlər

İlkin mərhələyə yekun vuruldu - DÇ-2024
Futzal yığmamız üçün gözəl şans - DÇ-2024
Final mərhələsinin püşkü atıldı - Avropa çempionatı
Avropa çempionatı üçün rekord sayda müraciət oldu
Millimiz Fransa, İsveçrə və Gürcüstanla eyni qrupda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər