Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Buffon Maldinini geridə qoydu
İtaliya A Seriyasının 30-cu turunda evdə “Torino”nu 4:1 hesabı ilə məğlub edən “Yuventus”un qapıçısı Canluici Buffon rekorda nail olub.
Sportfm.az xəbər verir ki, 42 yaşlı qolkiper bu oyunun iştirakçısı olmaqla A Seriyasının tarixinə düşüb. İtaliyalı qapıçı çempionatda 648-ci oyununu keçirib.
O, “Milan”nın keçmiş müdafiəçisi Paolo Maldinini geridə qoyaraq bu göstəricidə birinci olub. Maldini 1984-2009-cu illərdə İtaliya çempionatında 647 oyun keçirib.
Buffon ötən həftə "Yuventus"la daha bir illik müqavilə imzalayıb.
Oxşar xəbərlər
Buffon tarixi rekorda imza atdı - 650 qarşılaşmada oynadı
A Seriyasının tarixinə düşdü - Çempionluğu 10 dəfə qazandı
Buffon “Yuventus”la müqaviləni uzatmayacaq
Buffon PSJ ilə müqavilə imzaladı
Buffon karyerası ilə bağlı yeni fikrə gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası