reklam
FIFA-da DÇ-2022 üçün yeni texnologiya
Sportfm.az xəbər saytı

FIFA-da DÇ-2022 üçün yeni texnologiya


FIFA 2022-ci ildə keçiriləcək dünya çempionatında robot hakimlərdən istifadə etmək istəyir.

Sportfm.az xəbər verir ki, ali futbol qurumunun texnologiya direktoru Yohannes Holsmüller bu barədə məlumat verib. Meydanın kənarına quraşdırılacaq texnologiyalar oyundan kənar vəziyyətin olub-olmadığını müəyyən edəcək.

Mübahisəli ofsayd vəziyyətlərində hakimlər VAR-a müraciət etməyəcək və əlavə vaxt itkisi olmayacaq.

Əgər oyundan kənar vəziyyət yaranarsa, qol texnologiyasında olduğu kimi, hakimin qolundakı saata bildiriş gələcək.

Robot texnologiyadan ötən mövsüm "Liverpul"un qalib olduğu klublararası dünya çempionatında tətbiq edilib. Bu ilin ikinci yarısında növbəti sınaqların keçiriləcəyi bildirilir.

Oxşar xəbərlər

DÇ-2022-də yenilik - RƏSMİ
DÇ-2022-də yeni texnologiya sınaqdan keçiriləcək
FİFA ofsayd qaydasını dəyişir
Yan xətt hakimləri robot olacaq! - İnqilabi ideya
Futbolçular robotla bacarmadı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər