UFC-də növbəti döyüş baş tutacaq -Usman rinqə çıxacaq
İyulun 11-də amerikalı Xorxe Masvidal Abu-Dabinin “Döyüş adası”nda baş tutacaq Mütləq Döyüş Çempionatının (UFC) əsas yarışı olan “UFC-251” turnirində həmyerlisi Kamaru Usman ilə orta çəki dərəcəsində (77 kiloqram) görüş keçirəcək.
Sportfm.az xəbər verir ki, bu barədə UFC-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, X.Masvidal bu döyüşdə braziliyalı idmançı Gilbert Burnsu əvəz edəcək. Xatırladaq ki, G.Burns koronavirus testinin nəticələri müsbət çıxdığı üçün UFC-nin turnirindən kənarlaşdırılıb.
Otuz üç yaşlı K.Usmanın aktivində 16 qələbə, 1 məğlubiyyət var. Otuz beş yaşlı rəqibi isə qarışıq döyüşlərdə 48 qarşılaşma keçirib, 35 qələbə qazanıb, 13 dəfə məğlub olub.
X.Masvidal UFC tarixində ən sürətli nokautun müəllifidir. O, 2019-cu ilin iyulunda keçirilən qarşılaşma zamanı amerikalı rəqibi Ben Askreni cəmi 5 saniyə içində dəqiq zərbə ilə nokauta salaraq məğlub edib.
Oxşar xəbərlər
Məhəmməd UFC-nin yeni çempionu oldu
Həbib Nurməhəmmədovun növbəti rəqibi məlum oldu
Braziliyalı döyüşçü UFC tarixində ən tez qələbə qazanan idmançı oldu - VİDEO
Amerikalı döyüşçü Nyu-Yorkda soyuldu
Dünya çempionu Deontey Uaylder yeddinci dəfə titulunu qorudu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası