2 klub Qəbələyə yollanmaq istəyir
2020/21 mövsümündə avrokuboklarda ölkəmizi təmsil edəcək klublar təlim-məşq toplanışını Qəbələdə keçə bilərlər.
Sportfm.az xəbər verir ki, 4 klubdan artıq 2-si bununla bağlı müraciət edib.
Gənclər və İdman Nazirliyi sərt karantin rejiminin tətbiq edilmədiyi bölgələrdəki Olimpiya İdman Komplekslərində məşq üçün şərait yaratdığından, "Sumqayıt" və "Keşlə" Qəbələyə yollanmaq barədə düşünür.
"Sumqayıt" hətta bununla bağlı "Qəbələ" klubuna rəsmi müraciət də edib. Sadəcə, "Gənclik şəhəri" təmsilçisi bu səfərin tarixini hələ dəqiqləşdirməyib. Həmçinin "Keşlə" də "Qəbələ"nin bazasında toplanış keçməkdə maraqlıdır. "Qarabağ" və "Neftçi"dən isə "qırmızı-qaralar"a hələ müraciət edilməyib.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında mübarizə aparacaq.
Oxşar xəbərlər
“Qarabağ” “Keşlə” ilə Qəbələdə qarşılaşacaq
"Qarabağ" və "Neftçi" Qəbələyə yollanır
“Qarabağ” növbəti dəfə testdən keçəcək
Klublarımıza məşq icazəsi verildi
Premyer Liqa klubları həftəsonunu Qəbələdə keçirəcək - Otel rezervasiya edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası