Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Klublarımıza məşq icazəsi verildi
2020/2021 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalar məşq üçün icazə verilib.
Sportfm.az xəbər verir ki, bu barədə "Neftçi"nin Mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bildirib.
Onun sözlərinə görə, artıq bununla bağlı Gənclər və İdman Nazirliyi bütün klubları məlumatlandırıb. Komandalar sərt karantin rejiminin tətbiq olunmadığı bölgələrdə avrokuboklara hazırlaşa biləcəklər.
"Neftçi" rəsmisi Qəbələdə hazırlıq keçmək istədiklərini əlavə edib.
Qeyd edək ki, yeni mövsümdən "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında iştirak edəcək. (report)
Oxşar xəbərlər
“Qarabağ” növbəti dəfə testdən keçəcək
2 klub Qəbələyə yollanmaq istəyir
Avrokubok təmsilçilərimiz yenidən testdən keçəcəklər
Premyer Liqa klubları həftəsonunu Qəbələdə keçirəcək - Otel rezervasiya edildi
Avrokuboklara kimlərlə gedirik?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası