reklam
Sportfm.az xəbər saytı

"Neftçi" yeni məşqçi ilə müqavilə bağladı -RƏSMİ


"Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub. 

Sportfm.az klubun saytına istinadla xəbər verir ki, Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək. 47 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb. 

1998-2001-ci illərdə "Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komadanın baş məşqçisi olmuş Nuriyev "İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də "Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və "Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

 

Oxşar xəbərlər

"Neftçi"də növbəti ayrılıq
“Neftçi”də yeni təyinat - Elşad Əhmədova vəzifə verildi
"Neftçi"də yeni məşqçi təyinatı - 1 illik müqavilə
Arif Əsədovun oğlu məşqçi oldu
"Neftçi"yə yeni baş məşqçi təyin olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər