reklam
Sportfm.az xəbər saytı

"Neftçi"yə yeni baş məşqçi təyin olundu


"Neftçi" PFK-ya yeni baş məşqçi təyin olunub.

Sportfm.az xəbər verir ki, komandanı Tərlan Əhmədov çalışdıracaq. Təcrübəli mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

T.Əhmədov bu gün saat 17:00-da komandanı məşqə çıxaracaq.

Premyer Liqanın V turu çərçivəsində sentyabrın 16-da baş tutacaq "Neftçi" - "Zirə" oyunundan bir gün əvvəl yeni baş məşqçinin rəsmi təqdimatı ilə bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, T.Əhmədov 1989-1991, 1998-2002-ci illər ərzində "Neftçi"də çıxış edib, 117 oyunda 6 qol vurub. 1999-cu ildə ölkə kubokunun qalibi olub və Azərbaycanın ən yaxşı futbolçusu seçilib. 1992-2005-ci illər ərzində milli komandada 75 oyun keçirib. 45 yaşlı mütəxəssis 2011-2013-cü illərdə "Neftçi"də məşqçi vəzifəsində çalışıb. Həmin müddətdə komandamız Azərbaycan çempionatının (2012, 2013) və kubokunun (2013) qalibi olub, futbol tariximizdə ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2012).

Oxşar xəbərlər

“Neftçi” - “Qarabağ” - Statistika
"Neftçi" yeni məşqçi ilə müqavilə bağladı - RƏSMİ
Nazim Süleymanovun yubiley yaşı
Bordinin "Neftçi"də daha bir köməkçisi məlum oldu
"Neftçi"də iki yeni təyinat gerçəkləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər